Keno lotereyasında daha tez-tez qalib gəlmək üçün ən yaxşı tövsiyələr

Keno lotereyasında daha tez-tez qalib gəlmək üçün ən yaxşı tövsiyələr

Onlayn lotereya oyunlarına gəldikdə, Keno şans və strategiyanın maraqlı bir qarışığı kimi digərlərindən seçilir. Və əgər siz şansı öz tərəfinizə çəkməyin yollarını axtaran saysız-hesabsız Keno həvəskarlarından birisinizsə, o zaman doğru yerə gəlmisiniz.

Keno bir şans oyunu olsa da, burada bilik elementi də müəyyən rol oynayır. Bu gün biz qalib gəlmək şanslarınızı artırmaq üçün elə bu gün faydalana biləcəyiniz ən yaxşı məsləhətlərimizlə bölüşəcəyik. Beləliklə, Keno lotereyasında qalib gəlmək şanslarınızı artırmağın yollarını axtarırsınız? O zaman oxumağa davam edin!

Təsadüfilik prinsipini anlayın

Keno oyununda rəqəmlərin təsadüfi şəkidə çıxarıldığını yadda saxlamaq olduqca vacibdir. Buna görə də siz şanslarınızı itirmədən eyni rəqəmlərlə təkrar-təkrar oynamağa davam edə bilərsiniz. Bu, şanslı rəqəmləri və ya onlar üçün xüsusi məna kəsb edən digər rəqəmləri olan insanlar üçün əla variantdır, çünki bu onlara oyunu bir neçə dəfə oynamağa imkan verir.

Bəzi insanlar sizə “isti” və ya “soyuq” rəqəmlər haqqında və ya “sistemi aldatmaq” üçün rəqəmləri hər dəfə dəyişdirmək lazım olduğu barədə artıq danışmış olar. Bunların heç biri işləmir və həqiqəti əks etdirmir. Hər şey tamamilə təsadüfi baş verir və bunu nə qədər tez anlasanız, sizin üçün bir o qədər yaxşı olacaq.

Sadəcə olaraq son vaxtlarda dərc olunmuş Polyak Kenosunun nəticələrini və qalib rəqəmlərini nəzərdən keçirin və siz bir neçə rəqəmin birdən çox oyunda seçildiyini, digərlərin isə ardıcıl olaraq bir neçə oyunda seçimədiyini görəcəksiniz.

Etibarlı onlayn provayderlə oynayın

Onlayn Keno lotereya provayderini seçməzdən əvvəl, ilk növbədə onun həqiqətən təsadüfi qaydada tirajlar keçirən qanuni bir biznes olduğuna əmin olmalısınız. Bu yolla siz zəhmətlə qazandığınız pulları dələduz saytlara xərcləmədiyinizə əmin ola bilərsiniz.

Beləliklə, Polyak Kenosunu oynamaq və qalib gəlmək istəyirsinizsə, saytın Polşada lisenziya aldığına və SSL şifrələməsi və s. kimi digər lazımi təhlükəsizlik və mühafizə tələblərinə cavab verdiyinə əmin olmalısınız.

Kenodakı şanslarınızı öyrənin

Bəzi Keno oyunlarında siz 80 rəqəmdən yalnız birini seçə bilərsiniz və bu rəqəmin 20 qalib  rəqəmin arasında olacağı ehtimalı dörddə birdir. İki rəqəm seçsəniz, Keno rəqəmlərinizin çıxma ehtimalı bir qədər yaxşılaşacaq: 20 topun çıxarıldığı oyunda hər iki rəqəmin üst-üstə düşmə ethimalı 17-də 1 olacaq.

Daha çox risk edərək dörd rəqəm seçənlər üçün dörd rəqəmin hamısının üst-üstə düşmə ehtimalı 1/327, dörd rəqəmdən üçünün — 1/24, dörd rəqəmdən ikisinin isə 1/5 təşkil edir.

Və əgər siz özünüzü çox şanslı hiss edib beş rəqəmlə oynamaq qərarına gəlsəniz, beş rəqəmin hamısının düzgün təxmin edilmə ehtimalı 1/1551, dördünün — 1/83, üçünün isə — 1/12 təşkil edir. Beləliklə, Kenoda böyük uduş əldə etmək o qədər də asan bir məsələ olmasa da belə, bu mümkündür.

Cekpotdan əlavə başqa uduşları da nəzərə alın

Bu bir az darıxdırıcı səslənə bilər, amma sizin istənilən tirajda 4, 5 və ya 6 rəqəmi düzgün təxmin etmək ehtimalınız daha yüksəkdir, nəinki 10 və ya 20-sini. Bu o deməkdir ki, oynayarkən siz bunu nəzərə almalısnız, çünki bu yolla qalib gəlmək şanslarınızı artıra bilərsiniz.

Təbii ki, əgər siz özünüzü şanslı hiss edirsinizsə və ya oynamağınızın əsas səbəbi pul deyilsə, cekpotu udmağa cəhd edə bilərsiniz. Hər dəfə oynadığınız zaman Polyak Kenosunun mükafatlarını nəzərdən keçirməyi unutmayın, çünki cekpotu qopara biləcəyiniz halda sizin həyatınızı tamamilə dəyişə bilər. Uğurlar!

LottoPark app

Lottopark .apk
Google Play
App Store