Keno lotereyasını oynamaq üçün ən yaxşı strategiyalar

Keno lotereyasını oynamaq üçün ən yaxşı strategiyalar

Avropada yaşayan milyonlarla insan orada təklif olunan yerli Keno lotereyalarında iştirak edirlər. Bu lotereyalar digərləri ilə müqayisədə daha ucuz və asan anlaşılandır, və maraqlı vaxt keçirməyə imkan verir. Ancaq bir çox oyunçuar öz uğurlu rəqəmləri, uşaqlarının və yaxınlarının ad günləri ilə oynamağa üstünlük verdikləri halda, digərləri daha irəli gedərək müxtəlif strategiyalar tətbiq etməyə çalışırlar.

Beləliklə, bu gün biz Keno lotereyasını oynayarkən tətbiq edə biləcəyiniz ən yaxşı strategiyalara nəzər salacağıq. Bundan başqa, biz sizi, şanslarınızı artırmağa kömək edəcək müxtəlif metodlar və taktikalarla tanış edəcəyik. Bunun üçün də biz Keno ilə maraqlanan hər bir kəsi bu məqaləni sona qədər oxumağı və təqdim etdiyimiz məsləhətlər və oyun nüansları barədə məlumatlı olmalarını tövsiyə edirik. Oxuyun və zövq alın!

Keno lotereyaları ilə tanışlıq

Keno oyunu adətən 1-80 arasından müəyyən bir rəqəm dəstinin seçimindən başlayır. Seçməyə icazə verilən rəqəmlərin sayı seçdiyiniz konkret lotereyadan asılı olaraq dəyişə bilər. Seçimlərinizi etdikdən sonra lotereyanın təşkilatçısı qalib rəqəmləri çıxarmağa başlayır.

Sizin məqsədiniz seçdiyiniz rəqəmlərlə mümkün qədər çox çıxarılacaq rəqəmi düzgün təxmin etməkdir. Nə qədər çox rəqəmi düzgün təxmin etsəniz, potensial mükafatınız da bir o qədər böyük olacaq. Buna görə də bunun bir şans oyunu olduğunu və nəticənin necə olacağında sizin bacarıqlarınızın əsas rol oynamadığını anlamağınız olduqca vacibdir.

Məsələn, Çex Kenosunu onlayn oynamaq məqsədilə strategiyaları öyrənmək istəyirsinizsə, Kenonun əsaslarını və mahiyyətini anlamaq olduqca çox vacibdir. Oynadığınız konkret bir Keno üslubunun qaydaları ilə tanış olmağa müəyyən bir vaxt ayırmaqla siz öz qalib gəlmək şanslarınızı artıra bilərsiniz.

Şansları artırmaq üçün strategiyalar

Keno təsadüfi xarakter daşıyan bir oyun olduğu üçün bir çox insan onu hər hansı bir əlaqə hiss etdiyi rəqəmlərlə oynayır. Bəziləri isə biletin hər dörd küncündə olan rəqəmlərlə oynamağa və ya məntiqli hiss etdikləri başqa hər hansı bir şablonlara üstünlük verirlər.

Bunların hamısı sizin üçün effektiv ola bilər, lakin aşağıda biz daha konkret olmağa, və misal üçün Latış Kenosunu onlayn oynadığınız zaman sizin daha çox Keno oyunlarında qalib gəlmənizə gətirib çıxaracaq praktiki tövsiyələr verməyə çalışacağıq.

Bir şeydə əksər insanlaın fikri üst-üstə düşür ki, ilk növbədə balansı düzgün idarə etməyi öyrənmək lazımdır. Bu Kenoda ən vacib strategiya hesab oluna bilər, çünki siz bir neçə sadə qaydaya riayət edərək oynamağın yolunu və nə vaxt qazancınızı götürüb həmin gün oyunu tərk etmək lazım olduğunu biləcəksiniz.

  • İlk növbədə gündəlik büdcə ayırmalısınız. Bunu etmək üçün Keno oyununa xərcləməyə hazır olduğunuz məbləği müəyyən edin və əmin olun ki, onu uduzacağınız təqdirdə bu sizin gündəlik xərclərinizə və ya maliyyə durumunuza təsir etməyəcək.
  • Daha sonra siz bu büdcəni mərc limitlərinə bölürsünüz, yəni hər bir Keno oyununa xərcləmək istədiyiniz məbləğlərə. Konkret mərc limitlərini təyin etməklə siz uduşşuz seriya zamanı həddinizi aşmayacağınıza təminat yaradırsınız.
  • Bu limitlərə riayət etmək çox vacibdir, buna görə də itkiləri geri qaytarmaq məqsədilə və ya uğurlu seriyaya görə mərc məbləğini qaldırmaq istəyindən qaçınmağa çalışın.
  • Bir çox oyunçu üçün yaxşı işləyən tövsiyə — pulu iki ehtiyat fonduna bölməkdir. Biri sizin gündəlik büdcəniz olacaq. Bu pulu siz Keno biletlərinə xərcləyəcəksiniz.
  • Digər ehtiyat fondunda isə sizin bütün uduşlarınız saxlanılacaq. Nə udsanız, onu saxlayıb oyunu tərk edəcəksiniz. Bu yolla Keno büdcənizin uduşlarınızdan ayrı saxlandığına əmin ola və ilkin kapitalınızı itirmək təhlükəsi olmadan qazanclarınızdan faydalana bilərsiniz.

Büdcə ayırmaqla, limitləri təyin etməklə və məlumatlı qalmaqla oyunçular aşırı maliyyə riskinə getmədən bu şans oyunundan zövq ala bilərlər. Və yeri gəlmişkən, növbəti oyun üçün əlavə həvəs və motivasiya dozası almaq istəyirsinizsə Polyak Kenosunun son nəticələrini yoxlaya bilərsiniz.

LottoPark app

Lottopark .apk
Google Play
App Store