Lotereya milyonçusu kimi Belçikada ziyarət edə biləcəyiniz ən yaxşı yerlər

Belçikada

Lotereyada qalib gəldikdən sonra Belçikada məzuniyyət keçirməyi planlaşdırırsınız? O zaman lotereya milyonçusu kimi Belçikada ziyarət etməli olduğunuz ən yaxşı yerlərin siyahısını nəzərdən keçirməyinizi tövsiyə edirik. Bu məqalədə yaxşı vaxt keçirəcəyinizə zəmanət verdiyimiz ən maraqlı yerlərə nəzər salacağıq.

Belçika populyar turistik marşrut hesab olunurmu?

Çox vaxt səyahətçilər məzuniyyətlərini planlaşdırarkən Belçikanı gözdən qaçırırlar, lakin bu ölkə Avropada bir sirr kimi saxlanılır. Bu ölkədən alacağınız zövq sizin bütün məzuniyyət gözləntilərizi aşacaqdır.

Nə istədiyinizdən asılı olmayaraq, istər bu birgünlük turlar olsun, istərsə də ekzotik əyləncələr, Belçikada bütün suallara cavab var – siz sadəcə olaraq harada olmaq lazım olduğunu bilməlisiniz.

Buna görə də, Belçika – gözəl məzuniyyət keçirmək istəyən istənilən milyonçu üçün əla istirahət marşrutudur.

Belçikada ən görməli yerlər hansılardır?

Vaxtınız olsaydı, biz sizə bütün ölkəni gəzməyi tövsiyə edərdik, lakin vaxtınızın məhdud olduğunu nəzərə alaraq biz sizə səyahət marşrutunuza aşağıdakı ən görməli yerləri daxil etməyinizi məsləhət görürük.

Brüssel

Brüssel Belçikanın paytaxtı olmaqla yanaşı, NATO və Avropa İttifaqı qərargahlarının yerləşdiyi yerdir. Beynəlxalq əhəmiyyətə malik olduğu üçün Brüssel çoxmədəniyyətli bir şəhərdir, hansını ki siz son lotereya nəticələrini yoxladıqdan və qalib olduğunuzu öyrəndikdən sonra şəxsən ziyarət edə bilərsiniz. Şəhər, muzeyləri, küçə yeməkləri və alış-veriş məkanları ilə tanınır, başqa sözlə, lotereya milyonçularının dəyər verdiyi hər şeyi burada tapmaq olar.

Brüsseldə olarkən hökmən altı müxtəlif muzeydən ibarət olan Belçikanın Kral İncəsənət Muzeyini ziyarət edin.

Şəhərdəki binalar sizi tikinti sənətinə dəyər verməyə vadar edəcək heyranedici arxitekturaya malikdir.

Brügge

Bu, romantik məzuniyyətlər üçün ideal olan, inanılmaz dərəcədə füsunkar bir şəhərdir. Burada ziyarətçilərdə nağıldakı kimi təəssüratlar yaradan maraqlı kanal şəbəkələri var. Şəhərin unikallığını qorumaq üçün onun orta əsrlərə aid memarlıq üslubu qorunub saxlanılmışdır.

Şəhərdə olarkən siz Köhnə şəhəri gəzib dolaşa, kanaldakı qayıqlardan birinə minə və ya şəhər mənzərəsini uzaqdan seyr etmək üçün Belforta yollana bilərsiniz.

Namür əyaləti

Əgər siz təbiət həvəskarısınızsa və GG World Keno lotereyasını onlayn oynayırsınızsa, o zaman Namür əyalətinə baş çəkə və ətrafdakı çaylardan, ferma yaylalarından, qayalıqlardan və zəngin yaşıllıq mənzərələrindən zövq ala bilərsiniz.

Buranı gözəl mənzərələrdən zövq almaq və ya valehedici təbii yerləri gəzmək üçün ziyarət edə bilərsiniz. Burada Liernu adlı kiçik bir şəhər də var, hansı ki sizə heç vaxt unuda bilməyəcəyiniz qastronomik təcrübə bəxş edəcəkdir.

Antverpen

Ən tanınmış dəb ustalarından bəziləri karyeralarına buradan başlamışdırlar. Bura, gəzə biləcəyiniz çoxsaylı trend mağazaları ilə dolu dəb və dizayn dünyasıdır. Kim bilir, bəlkə məzuniyyətdə olan bir milyonçu kimi, dünyanın ən dəbli insanlarına uyğunlaşmaq üçün, siz də öz geyim zövqünüzü dəyişdirmək qərarına gəldiniz.

Belçika sahili

Çimərlikləri qeyd etməsək, məzuniyyət haqda söhbət natamam olar. Belçikanın təxminən 40 mil uzanan sahil xətti var, hansı ki cürbəcür əyləncələr təklif edən müxtəlif şəhərlərdən keçir.

Belçika sahilini ziyarət edərkən çalışın vaxtınızı çimərliklərdə keçirəsiniz. Bununla yanaşı, yolunuz keçdiyi şəhərlərdə siz bir çox başqa maraqlı məşğuliyyətlər də tapa bilərsiniz. Səyahət zamanı bir şəhərlə məhdudlaşmayın, bacardığınız qədər çox şəhərləri gəzin.

Spa

Heç bilirdiniz ki, dünyanın hər bir yerində rast gəlinən spa salonları və kurortları öz adlarını Belçikanın eyni adlı şəhərindən götürmüşlər? Bu, ən yaxşı isti bulaqları ilə tanınan heyrətamiz Belçika şəhəridir. Lotereya biletlərini onlayn almaqla və böyük mükafatı qazanmaqla, özünüzü Spa şəhərində spa istirahətinə qonaq edə bilərsiniz. 2021-ci ildə bu yer öz müalicəvi termal bulaqlarına görə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.

Şəhərdə olarkən, siz həmçinin dünyanın ilk kazinosunu da ziyarət edə bilərsiniz.

Hoge Kempen Milli Parkı

Bu, həmişəyaşıl ağaclarla dolu sakit bir mühitdə velosiped sürmək, gəzmək və ya at sürmək istəyən turistlər üçün mənalı istirahət təklif edən 5700 hektarlıq təbiət qoruğudur.

Bu qədər yeri ziyarət etmək mümkündür?

Bəli, Belçikaya səyahət etsəniz, siz bütün bu yerləri ziyarət edə biləcəksiniz. Bu yerlərin çoxunda uzun müddət qalmağınıza ehtiyac yoxdur – hər bir lokasiyada lazım olan hər şeyi görmək və yaşamaq üçün sizə birgünlük səfər yetər.

Bələdçi ilə siz Belçikanı daha da yaxından tanıya və ölkə haqqında daha çox şey öyrənə bilərsiniz. Belçikadan savayı başqa yerləri də kəşf etmək istəyirsinizsə, Norveçdə ziyarət etməli olduğunuz ən yaxşı yerlər haqqında məqaləmizi də oxuya bilərsiniz.

LottoPark app

Lottopark .apk
Google Play
App Store