lottopark.com ★★★★★

Lotereya milyonçusu kimi Isveçdə ziyarət edə biləcəyiniz ən yaxşı yerlər

Isveçdə

İsveçdə milyonçular pullarını harada xərcləyir? Əgər siz lotereya qalibisinizsə, İsveçdə mütləq ziyarət etməli olduğunuz bu gözəl yerlərə nəzər salın.

İsveçdə ən görməli yerlər və əyləncələr

Lotereyada qalib gəldikdən sonra rahatlanın və sizə bələdçilik etməyimizə icazə verin. Sakit bir məzuniyyət keçirmək istəyirsinizsə, sizin növbəti marşrutunuz İsveç olmalıdır.

İsveçə səfər edərkən məzuniyyətinizə aşağıdakı yerləri ziyarət etməklə başlaya bilərsiniz:

Stokholm – Yerli təbiət və muzeylərlə tanış olun

Stokholm – İsveçin paytaxtı və eyni zamanda vacib təbii və mədəni mərkəzidir. Bu, valehedici mənzərələri, çoxlu yaşıllığı və gözəl istirahət yerləri olan gözəl bir şəhərdir.

Son Eurojackpot nəticələrini yoxladıqdan sonra, Stokholmun ecazkar küçələrində gəzməklə yanaşı, siz qayıqla gəzintiyə çıxa, yerli mətbəxdən zövq ala və şəhərin görməli yerlərini, o cümlədən Kral sarayını, Şəhər administrasiyasının binasını və yerli muzeyləri ziyarət edə bilərsiniz.

Göteborq – Sakit dənizkənarı istirahətdən həzz alın

Bu şəhər qərb sahilinin dinc ab-havası ilə tanınır. Bu yerin öz təbii gözəllikləri, o cümlədən 17-ci əsrə aid kanalları və geniş Kungsportsavenyn bulvarı var.

Şəhərdə bir çox fəaliyyətlərlə məşğul olmaq olar, məsələn, gəzinti, parkları ziyarət etmə, alış-veriş, yemək və s. Siz həmçinin buradakı muzeylərə baş çəkə və ölkənin tarixi və incəsənət kolleksiyası ilə tanış ola bilərsiniz.

Uppsala – Yerli mədəniyyət və dinlə tanış olun

1500 ildən çox müddətdə Uppsala ölkənin din, mədəniyyət, elm və güc mərkəzi kimi çıxış edib. Burada bir çox vacib ayinlər icra edilmişdir. Ərazinin keçmişinə aid eksponatları sərgiləyən muzeyə baş çəksəniz, bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.

Böyük parklara, meydanlara və mənzərəli Uppsala bağlarına malik olan müasir Uppsala ilə də tanış ola bilərsiniz.

Höga Kusten – Böyük yüksəklikərdə gəzməkdən zövq alın

Böyük yüksəkliklərdə gəzməyi sevirsiniz? GG World Keno lotereyasını onlayn oynayırsınızsa və piyada gəzintilər həvəskarısınızsa, bu İsveçdə gedə biləcəyiniz ən ideal yer ola bilər. Böyük hündürlüyə malik qədim sahil xətlərində sizə panoram mənzərədən zövq almağa imkan verəcək möhtəşəm gəzinti marşrutları var.

Skuleskogen Milli Parkı gəzinti turları siyahınıza daha çox gəzinti marşrutlarını əlavə edəcək. Siz həmçinin unikal sahilyanı adalara da səyahət edə bilərsiniz.

Vadstena – Sakitləşdirici və romantik ab-hava

Vadstena İsveç kral ailəsinin tarixində mühüm rol oynamışdır. Sözügedən tarixlə tanış olmaq istəyirsinizsə, o dövrdən bu günümüzə qədər gəlib çıxmış bir çox qədim əşyalara ev sahibliyi edən Vadstena qəsrini ziyarət etməkdən başlaya bilərsiniz. Şəhərdə siz həmçinin tarixi öyrənmənizə kömək edəcək unikal dini mərkəzlər də tapa bilərsiniz.

Lakin romantik məzuniyyətdən zövq almaq istəyən cütlüklər üçün bu yeri ən çox dəyərli edən – gözəl təəssüratlar bəxş edən sakitləşdirici ab-havadır.

Jönköping/Vättern gölü – Mənzərəli şəhər

Bu şəhər bugünkü zənginliyinə keçmişdə kibrit çubuqları istehsal etməklə nail olmuşdur. Zənginliyindən başqa, bu şəhər sizə, bir milyonçu kimi gözəl vaxt keçirə bilməniz və zənginlyinizi daha da artıracaq son lotereya nəticələrini rahat izləyə bilməniz üçün sakit bir yer təklif edir.

Şəhərə gözəlliyi əsasən Vättern gölü verir. Bu barmaq formasında olan ecazkar bir göldür. Orada siz özünüzlə evə apara biləcəyiniz əla şəkillər çəkdirə bilərsiniz. Gölün sahili boyunca uzanan möhtəşəm piyada yolları sizin şəhərdəki açıq havada gəzintilərinizi daha da maraqlı edəcək.

Kosterhavet – Su əyləncələrindən həzz alın

Bu yer su əyləncələri həvəskarları üçün cənnətdir. Burada siz milyonçular üçün nəzərdə tutulmuş bir çox fəaliyyətlərlə, o cümlədən kayak və qayıqçılıq idmanları ilə məşğul ola bilərsiniz. Siz həmçinin buranın qayalıq ərazilərini və oradakı mağaraları gəzib dolaşa bilərsiniz.

Bu adada, günlərinizi daha da maraqlı edəcək velosiped gəzintiləri üçün də imkanlar var. Buradakı dəniz məhsulları isə sadəcə möhtəşəmdir!

Dalarna – Xizək kurortlarını gəzin

Dalarna əyaləti sakitlik və əyləncə axtaran turistləri qəbul etməyə hazırdır. Sizi açıq havada istirahət maraqlandırırsa, İsveçdəki növbəti marşrutunuz – bir çox möhtəşəm xizək kurortlarına və Siljan gölünə malik Dalarna olmalıdır.

Dalarnada snoubord və xizəksürmə kimi maraqlı əyləncələr təklif olunur. Piyada gəzintiləri üçün marşrutlar da var. Əyalət Norveçlə həmsərhəddir, bu isə o deməkdir ki, siz Norveçi də öz səyahət planlarınıza daxil edə bilərsiniz. Dalarnadan sonra Norveçə səyahət etmək istəyirsinizsə, Lotereya qalibi kimi Norveçdə ziyarət edə biləcəyiniz ən yaxşı yerlər adlı məqaləmizi oxumağınızı tövsiyə edirik.

Səyahətə hazırlıq…

Pasportunuzu səyahət üçün hazır saxlamalısınız. İsveç – gözəl bir ölkədir və siz orada keçirdiyiniz hər bir andan zövq alacaqsınız.

Bundan başqa, bu ölkədə cinayətkarlıq göstəriciləri çox aşağı səviyyədədir, buna görə də əmin ola bilərsiniz ki, səyahət zamanı heç bir xoşagəlməz hadisə baş verməyəcək. Bir milyonçu kimi siz bu ölkədə təhlükəsiz şəkildə gəzə və pullarınızı kefiniz istədiyi kimi xərcləyə bilərsiniz.

LottoPark app

Download the FREE LottoPark app to check lottery results on your smartphone!
Lottopark .apk
Google Play
App Store