Lotereyada qalib gəlmək bir çox insanın arzusudur. Müntəzəm lotereya iştirakçısı olsanız, bir gün siz də şanslı qalibə çevrilə bilərsiniz. Bir gün böyük mükafatı qazana biləcəyinizi və Niderlanda səfər etmək istəyəcəyinizi nəzərə alaraq biz sizin üçün milyonçu kimi Niderlandda ziyarət edə biləcəyiniz bir neçə yeri seçdik.
Niderland — lotereyada qalib gəldikdən sonra gözəl vaxt keçirmək istəyən lotereya qalibləri üçün heyrətamiz bir ölkədir. Əgər siz lotereya qalibisinizsə, narahat olmaya bilərsiniz — biz sizin üçün Niderlandda ziyarət edə biləcəyiniz səkkiz gözəl yerin siyahısını hazırlamışıq.
Niderlanda səfər edərkən birinci növbədə ziyarət etməli olduğunuz yer — Amsterdamdır. Şəhər bir az bahalı olsa da, lotereya uduşlarınız sizə xərclərin öhdəsindən gəlməyə kömək edəcək. Xoşbəxtlikdən, şəhərin bahalı olmasına əsas verən bir çox səbəblər var — burada məşğul ola biləcəyiniz bir çox şeylər var.
Şəhərdə nə etmək istədiyinizlə bağlı özünüz qərar verməlisiniz. Lotereya nəticələrini yoxladıqdan və qalib olduğunuzu öyrəndikdən sonra burada məşğul ola biləcəyiniz ən yaxşı fəaliyyətlərdən bəziləri bunlardır: kanal kruizi, muzey turu, Yordan rayonunda bələdçi ilə gəzinti və ya icarəyə götürülmüş E-velosiped ilə şəhəri gəzib dolaşmaqdır.
Githorn öz möhtəşəm görünüşü və saysız-hesabsız mənzərələri ilə məşhur olan sadə bir yerdir. Bu piyada, su və velosiped yolları ilə dolu, avtomobil hərəkəti olmayan bir kənddir. Ən böyük lotereya mükafatını udduqdan sonra sizə düşünməyə bir az vaxt lazım olduğunu hiss edirsinizsə, bunun üçün ən ideal yer buradır. Bu kiçik kənddə mənəvi rahatlıq ab-havası var.
Utopik bir dünyaya düşmə hissi ilə yanaşı, Githornda milli parklar, muzeylər və Niderland yeməklərini təklif edən möhtəşəm kafelər var. Böyük şəhərlərdən fərqli olaraq bu yer insana əsl Niderland təcrübəsini yaşadır.
Bu, Niderlandda dövlət işlərinin aparıldığı əsas mərkəzdir, lakin eyni zamanda bu Niderlandı ziyarət edən turistlər üçün ən yaxşı marşrutlardan biridir.
Beynəlxalq səviyyədə bir çox qərarlar məhz Haaqada qəbul edilir, buna görə də Eurojackpot nəticənizi dəqiqləşdirən kimi bu şəhəri ziyarət etməyiniz tövsiyə olunur. Burada çoxlu sayda turistik əyləncələr var. Haaqa bir çox incəsənət qalereyalarına, muzeylərə və beynəlxalq tədbirlərə ev sahibliyi edir. Haaqada olarkən sizə həmçinin Sxeveningen dənizkənarı kurortunu ziyarət etməyiniz və yayda oranın sərin havasından zövq almağınız tövsiyə olunur.
Eyndhoven sizdə ölkənin texnoloji tərəqqisi barədə təsəvvür yaradacaq müasir Niderland şəhəridir. Noyabr ayında keçirilən GLOW Eyndhoven işıq şousuna görə o, “işıqlar şəhəri” kimi tanınır. Şəhəri bu tədbir keçirildiyi vaxtda ziyarət etsəniz, bütün şəhərin nəhəng bir işıq sənəti festivalına çevrildiyi nəfəskəsici bir ana şahidlik edə biləcəksiniz.
İşıq festivalı ilə yanaşı, siz həmçinin Eyndhoven muzeyini və Philips muzeyini ziyarət edə bilərsiniz.
Bu, lotereya milyonçusunun turist kimi yaxşı vaxt keçirə biləcəyi Niderlandın daha bir müasir şəhəridir. Bu unikal qalereyalara və muzeylərə malik incəsənət şəhərdir. Əgər siz yemək həvəskarısınızsa, burada siz Niderland mətbəxini təklif edən bir çox yaxşı yerləri tapa biləcəksiniz.
Əgər lotereya biletlərini onlayn aldıqdan və qalib gəldikdən sonra Rotterdama gəlmişsinizsə, məşhur Bazarı və Marktai qapalı bazarını ziyarət etməyi unutmayın. Şəhər öz möhtəşəm klubları və barları ilə turistlərə maraqlı gecə həyatını da təklif edir.
Utrext səfəri sizə unudulmaz təəssüratlar bəxş edəcək, çünki orada siz Dom qülləsi, Dəmir yolu muzeyi və De Haar qəsri kimi unikal yerlərlə tanış ola biləcəksiniz. Bu şəhər həmçinin unikal kanalları ilə də tanınır. Şəhərdə olarkən onları görməyi də öz səyahət planlarınıza əlavə etməyi unutmayın.
Şəhər Niderlandda ən böyük tələbə kontingentinə malikdir, buna görə də o gənclər şəhəri hesab edilir. Burada qaldığınız müddətdə siz daim gənclik ab-havasını hiss edəcəksiniz. Əmin ola bilərsiniz ki, şəhərdəki barlar və klublar sizi heç vaxt darıxmağa qoymayacaq.
Niderland ilə tanışlıq səfərinin bir hissəsi kimi Lisse tarlalarındakı lalə güllərinin canlı şəkillərini çəkə bilərsiniz. Gözəl güllərlə örtülmüş Niderlandın mənzərəli şəkillərini Koykenhof bağı kimi tanınan 32 hektarlıq parkda çəkdmək olar.
Bu mənzərədən zövq almaq istəyən yerli və beynəlxalq ziyarətçilərin tələbatını qarşılamaq üçün bu bağda hər il 7 milyondan çox gül əkilir.
Lotereyada cekpotu qazanan kimi Niderlanda səfərinizi artıq planlaşdırmağa başlamalısınız. Fərq etməz, siz Alman lotereyasında və ya başqa hər hansı bir milli lotereyada qalib gəlmisiniz, ən əsası odur ki, bir milyonçu kimi sizin üçün Niderlandı ziyarət etmək prioritet məsələyə çevrilməlidir.
Bütün bu tövsiyə olunan yerləri ziyarət etsəniz, sizin bu ölkə barədə təsəvvürünüz tamamilə dəyişəcəkdir. Unutmayın ki, məzuniyyət müddəti ərzində siz müxtəlif şəhərləri ziyarət edə bilərsiniz. Bəzi istiqamətlərə yalnız bir günlük səfər tələb olunur, bu isə o deməkdir ki, siz ölkədən maksimum dərəcədə zövq ala bilərsiniz.