Lotereya milyonçusu üçün Yaponiyada ziyarət etməli ən yaxşı yerlər

Lotereya milyonçusu üçün Yaponiyada

Əgər lotereyada cekpotu qoparmaq şansı sizə nəsib olubsa, sizdə dünya səyahətinə çıxmaq fikri yarana bilər. Dünyanın harasından olmasından asılı olmayaraq, bir çox insan Yaponiyaya ziyarət etməli maraqlı və ekzotik bir yer kimi baxır, bunun üçün  də  o olduqca populyar turistik marşrut hesab olunur.

Möhtəşəm mətbəxdən, mehriban və xeyirxah insanlardan tutmuş gözəl təbiətə, memarlıq və mədəniyyətə qədər, Yaponiyanı ziyarət etmək üçün bir çox səbəblər var. Beləliklə, bu məqalədə biz pul baxımından heç bir problemi olmayan bir insan kimi Yaponiyada ziyarət edə biləcəyiniz ən yaxşı yerlərə nəzər salacağıq. Oxuyun və zövq alın!

Aman Tokio

Siyahımızda birinci gələn yer lotereyada gələcəyi təmin edən mükafatları qazanmış və ya qazanmaq istəyənlər üçün möhtəşəm bir məkandır. Aman Tokio – şəhərin düz mərkəzində yerləşən dünyaca məşhur 5 ulduzlu oteldir. Orada qaldığınız müddətdə sizə təqdim olunacaq dəbdəbəli xidmətlərlə yanaşı siz həmçinin eksklüziv otel nömrələrindən Tokio şəhərinə açılan valehedici panoram görüntülərdən zövq ala biləcəksiniz.

Təbii ki, otaqlar tam olaraq ənənəvi yapon stilində dizayn edilib. Yüksək keyfiyyət və detallara diqqət sayəsində onlar sizdə unudulmaz təəssüratlar yaradacaq. Otel əməkdaşlarının təqdim etdiyi yüksək səviyyəli xidmət barədə isə ayrıca danışmaq olar.

Kiotoda Hoşinoya

Böyük qazanc əldə etmək məqsədilə onlayn lotereyada iştirak etmək üçün daha bir səbəb – Kiotonu ziyarət etmək və bu şəhərin gözəlliyindən və tarixi zənginliyindən zövq almaqdır. Ora səfər etmək sizə nə vaxtsa nəsib olarsa, biz sizə Kiotodakı lüks ryokanda (ənənəvi yapon mehmanxanasında) qalmağı tövsiyə edirik.

Oradakı dinc və füsunkar ab-hava sizi yapon filmlərindəki kimi hiss etdirəcək. Oiqava çayının sahilində yerləşən bu gözəl məkan qonaqlara özəl mineral su vannalarını və gözəl təbiət mənzərələrini təklif edir.

Hakonedə Qora Kadan

Hakoneni əhatə edən ərazi çoxsaylı bulaqları və Fuci dağına açılan möhtəşəm mənzərələri, eləcə də orada yerləşən 5 ulduzlu kurortları və ryokanları ilə tanınır. Qora Kadan bu dəbdəbəli ryokanlardan biridir.

Orada ziyarətçilərə özəl onsen (qaynar bulaq) vannaları və hətta qurman kayseri mətbəxi təklif olunur. Özündə ənənəvi üslubu və müasir xidmətləri birləşdirdiyi üçün Qora Kadan dincəlmək və əylənmək istəyənlər üçün ideal bir yerdir.

Şimada Amanemu

İse-Şima milli parkında yerləşən Amanemu – sağlamlıq və istirahət xidmətlərini təqdim edən dəbdəbəli kurortdur. Orada qonaqlar isti mineral su vannalarından, spa prosedurlarından və dənizkənarı gözəl mənzərələrdən həzz ala bilərlər.

Amma təbii ki, bütün bunlar kifayət qədər pul tələb edir. Buna görə də, əgər siz artıq bu işin içindəsinizsə, Fransa lotereyasının nəticələrini yoxlayın və lotereyanın şanslı qalibi olub-olmadığınızı və bütün bu təcrübələri yaşamaq üçün kifayət qədər pula sahib çıxıb-çıxmadığınızı öyrənin.

Okinavada Ritz-Carlton

İndi isə bir az fərqli bir şeyə keçək. Okinava Yaponiyanın ən məşhur yerlərindən daha birisidir. Siyahımızdakı digər yerlərdən fərqli olaraq o Yaponiyanın əsas ərazisində deyil, kiçik və mənzərəli adalardan ibarət arxipelaqda yerləşir.

Bura da bir çox yerli zəngin yaponların məzuniyyət keçirdiyi yerlərdən biridir. Okinavadakı Ritz-Carlton özündə dəbdəbə və bir çox mədəni təcrübələri birləşdirir. Bu yer öz gözəl qolf meydançası, fərdi çimərlikləri və əsl milyonçulara uyğun dəbdəbəli otellləri ilə tanınır.

Siyahımızdakı beş yerdən hər hansı biri sizin diqqətinizi cəlb etdisə, o zaman son EuroMillions nəticələrini yoxlayın və lotereyada qalib gəlib-gəlmədiyinizi öyrənin. Yaxud da ki, növbəti tirajda iştirak edin ki, Yaponiya təcrübəsini tam ölçüdə yaşamaq şansını əldə edə biləsiniz.

LottoPark app

Lottopark .apk
Google Play
App Store