Lotereya, yoxsa Kazino oyunları?

Lotereya, yoxsa Kazino oyunları

Əgər qumar oynamaq istəsəydiniz, siz bunu kazinoda edərdiniz, yoxsa lotereya oynamağa üstünlük verərdiniz? Hər ikisində böyük mükafatı qazanmaq üçün oyunçu öz pulları ilə risk etməlidir deyə bu sizdə çaşqınlıq yaradır? Bu iki oyun arasındakı oxşarlıqlar və fərqliliklər barədə öyrənmək və aralarında düzgün seçim etmək üçün bu məqaləni oxuyun.

Lotereya oyunları kazino oyunlarına bənzəyirmi?

Kazino oyunlarını lotereyalarla eyni səviyyəyə qoymağa çalışan çoxlu arqumentlər var. Əslində isə, onlar bəzi ümumi xüsusiyyətləri paylaşsalar da, bir-birindən fərqlənir.

Həm lotereya, həm kazino qumarla əlaqəlidir, yəni siz qazanc əldə etmək üçün pul qoyub şansınızı sınayırsınız.

Hansı daha yaxşıdır?

Lotereya və kazino oyunları arasındakı fərqləri öyrəndikdən sonra siz ən yaxşı lotereya oyununu seçməyə və lotereya biletlərini onlayn almağa tələsəcəksiniz. Biz lotereyalar barədə daha ətraflı məlumat verəcəyik və onların nə üçün kazino oyunlarından daha yaxşı olduğunu izah edəcəyik.

Nəyə görə lotereyalar kazino oyunlarından daha yaxşıdır?

Əlçatandır

Lotereya nə dərəcədə əlçatandır? Olduqca əlçatandır! Hətta Eurojackpot, EuroMillions və Powerball kimi ən yaxşı lotereya oyunlarını belə təxminən 3-5 avroluq lotereya kuponları ilə oynamaq mümkündür. Xatırladaq ki, bu oyunları oynamaqla siz nəhəng uduşlar qazanmaq şansını əldə edirsiniz!

Kazino oyunlarına giriş daha çətindir. Bilet almaq üçün lotereyalarla müqayisədə daha çox pul ödəmək lazımdır. Bəzən ucuz kazino biletlərini əldə edə bilərsiniz, lakin onlar sizə böyük cekpot mükafatları üçün oynamağa icazə verməyə bilər.

Oynamaq asandır

Lotereyanı kazinodan fərqləndirən cəhətlərdən biri də – oyun qaydalarının asanlığıdır. Lotereya oynamaq ona görə asandır ki, onun qaydaları kazinoda olduğu qədər mürəkkəb deyil. Məsələn, 6 aus 49 Alman lotereyasını onlayn oynamaq üçün, sizə sadəcə olaraq 49 rəqəmdən ibarət rəqəmlər toplusundan altı uğurlu rəqəm seçmək və lotereya kuponunu yerləşdirmək lazımdır.

Kazino qaydaları mürəkkəbdir və çox vaxt onları başa düşmək çətin olur. Bu, qumar təcrübəsi az olan bir çox oyunçu üçün kazino oyunlarını əlçatmaz edir. Buna görə də yeni başlayanlar üçün lotereya oynamaq daha təhlükəsizdir.

Asılılıq dərəcəsi daha azdır

Qumar oyunlarından asılılıq – böyük bir problemdir. Qumarın istənilən növü ilə məşğul olan hər bir şəxs bu problemə heç vaxt laqeyd yanaşmamalıdır.

Asılılıq mövzusuna gəlincə, lotereyanı təhlil etdikdə onu kazinodan daha az asılılıq yaradan oyun kimi təsnif etmək olar. Lotereya oyunlarına bağlılıq kazino asılılığı ilə müqayisəolunmazdır.

Lotereya oyununda siz sadəcə olaraq bir bilet alırsınız və həftədə bir və ya iki dəfə keçirilən növbəti oyunu gözləyirsiniz. Məsələn, Eurojackpot lotereyasında iştirak etdikdə, siz son Euro Jackpot nəticələrini hər çərşənbə axşamı və cümə günləri yoxlaya bilərsiniz. Müəyyən mənada, bu sizin oyun həvəsinizin dərinləşməsinin qarşısını alır. Kazinoda isə əksinə, ani nəticələr sizi bir gündə təkrar-təkrar oynamağa sövq edir və asılılığın yaranmasına səbəb olur.

Yekun rəy

Lotereya onlayn və ya oflayn kazinodan daha yaxşı seçimdir. Buna görə də, çalışın elə bir mükəmməl lotereya oyununu tapasınız ki, o sizə həm oyun həyəcanını yaşatsın, həm də zənginlik bəxş etsin.

Həm lotereya, həm də kazino böyük mükafatlar vəd etsə də, biz sizə ehtiyatlı olmağı və daha təhlükəsiz olan lotereya oyununu seçməyi tövsiyə edirik.

LottoPark app

Lottopark .apk
Google Play
App Store