Nəyə görə Keno lotereyası bu qədər məşhurdur?

Nəyə görə Keno lotereyası bu qədər məşhurdur

Bazarda təklif olunan müxtəlif lotereya növlərinə nəzər saldıqda, Keno adi oyunçularda daha çox maraq oyadır. Bu onun maraqlı və asan anlaşılan oyun qaydalarına malik olması, və eyni zamanda böyük pul mükafatları təklif etməsi ilə əlaqəlidir.

Bu gün biz son illərdə Kenonun bu qədər rəğbət qazanmasına səbəb olan amillərin siyahısını nəzərdən keçirəcəyik, eləcə də bu şans və bacarıq oyununa həm yeni, həm də təcrübəli oyunçuları cəlb edən səbəbləri müəyyən etməyə çalışacağıq. Getdik!

Oyunun sadəliyi

Siyahımızdakı birinci səbəb odur ki, Keno-nu oynamaq asandır.  Sadə lotereya oyunlarına bənzərliyi olan onlayn Yunan Kenosu və ya ona oxşar Keno oyunlarında iştirak etmək üçün sizə sadəcə olaraq rəqəmlər dəstini seçmək və təsadüfi seçim zamanı rəqəmlərinizin çıxacağına ümid etmək lazımdır.

Oyunun çevikliyi

Siz 1-dən 10-a kimi istənilən sayda rəqəm seçə bilərsiz, bu sizə müxtəlif strategiya və konsepsiyalardan asılı olaraq fərqli əmsallar və şanslar verir. Ümumilikdə, Kenonun sadəliyi və çevikliyi onu daha geniş kütlə, o cümlədən daha çətin oyunlarla tanış olmayan insanlar üçün əlçatan edir.

Tirajların tez-tez keçirilməsi

Digər lotereyalar ilə müqayisədə, keno oyunlarında tirajlar adətən daha tez-tez keçirilir, məsələn Polyak Kenosunu onlayn oynadıqda, GG World Keno oyunu zamanı tirajlar bəzən hətta 4 dəqiqədən bir keçirilə bilər. Bu sürətli oyun tərzi oyunçulara rahat oynamaq imkanını verir, çünki onlara səbrlərini basıb növbəti tirajı bir həftə gözləmələrinə ehtiyac qalmır.

Minimum mərc məbləğlərinin aşağı olması

Digər milli və beynəlxalq lotereyalar ilə müqayisədə, Kenonun üstünlüyü ondadır ki, Keno tipli oyunların çoxusu oyunçulara kiçik məbləğlərlə mərc etməyə imkan verir, bu da büdcəsi məhdud olan oyunçular üçün münasib variantdır. Minimum mərc məbləğinin kiçik olması fərqli oyunçu qruplarını cəlb edir.

Böyük cekpotlar

Bir çox insanı Keno-ya cəlb edən əsas amil böyük cekpotlardan birini udmaq ümudidir. Ən böyük cekpotu qazanmaq ehtimalı az olsa da belə, bir çox oyunçular üçün həyatlarını tamamilə dəyişə biləcək uduşları əldə etmək imkanı olduqca cəlbedici görünür. Əgər lotereyada artıq iştirak etmisinizsə, Polyak Kenosunun nəticələrini yoxlamaq sizin üçün çətin olmayacaq, çünki bunu istənilən vaxt onlayn edə bilərsiniz.

Kiçik uduşların da nəzərdə tutulması

Keno oyununda baş cekpotun qalibi olmasanız belə, siz yenə də oyunu qazancla tərk edə bilərsiniz, çünki bu lotereyada öz sahibini gözləyən bir sıra xırda uduşlar da nəzərdə tutulub. Bu kiçik uduşlar oyunçular üçün, xüsusən də Keno lotereyasının müntəzəm iştirakçıları üçün həyəcan və məmnunluq mənbəyi ola bilər.

Uğur ilə strategiyanın qarışığı

Baxmayaraq ki, Keno ilk növbədə bir şans oyunudur, bəzi oyunçular rəqəm seçimi və mərc məbləğləri ilə bağlı öz strategiyalarını formalaşdırırlar. Bir çox oyunçular öz sevimli rəqəmlərini, uşaqlarının yaşlarını və buna bənzər rəqəmləri seçirlər, başqaları isə toplaşaraq qrup şəklində oynamağa üstünlük verirlər. Bu, oyunu fərqli-fərqli insanlar üçün daha əyləncəli edir.

Onlayn oynamaq imkanı

Onlayn lotereya platformalarının meydana gəlməsi Kenonu oyunçular üçün əvvəlkindən daha əlçatan olmasına gətirib çıxardı. Artıq siz, dünyanın harasında olmağınızdan asılı olmayaraq, tiraj nəticələri dərc ediləndən dərhal sonra Yunan Kenosunun nəticələrini asanlıqla yoxlaya bilərsiz.

LottoPark app

Lottopark .apk
Google Play
App Store