Nə üçün bu qədər çoxlu böyük məbləğli cekpotlar mövcuddur?

Nə üçün bu qədər çoxlu böyük məbləğli cekpotlar mövcuddur

Müxtəlif ölkədaxili və ya beynəlxalq lotereyaları nəzərdən keçirərkən əlavə ödəniş müqabilində hər bir biletin böyük uduşlu cekpotlar təklif etdiyinə diqqət yetirmiş olarsınız. Əlavə pul mükafatı qazanmaq imkanı nə qədər maraqlı və xoş səslənsə də, sizdə bu cekpot opsiyasını seçməyin nə qədər məqsədəuyğun olub-olmadığı sualı yarana bilər.

Bu məqalədə biz lotereya cekpotları, onları nə vaxt seçmək daha məqsədəuyğun olduğu barədə danışacağıq, və əksər lotereyaların cekpotları öz sistemlərinə nə üçün daxil etdiklərini araşdıracağıq. Ümid edirik ki, siz bu məqaləni bəyənəcəksiniz və onu oxuduqdan sonra yeni şeylər öyrənəcəksiniz. Uğurlar!

Lotereya cekpotlarının cazibəsini anlamaq

2023-cu ildə lotereya cekpotlarının nə üçün bu qədər populyar olduğunu dərindən araşdırmazdan əvvəl gəlin ilk öncə onların cəlbediciliyinin səbəblərini nəzərdən keçirək. Bu trendin səbəblərini anlasaq bu populyarlığın arxasında duran daha dərin mədəni və iqtisadi amilləri daha aydın görmək mümkün olacaq.


Cekpotu udmaq şansının az olmasına baxmayaraq, lotereya oyunçuları ən çox onunla maraqlanırlar, və bunun başlıca səbəbi odur ki, cekpot uduş fondunu əhəmiyyətli dərəcədə artırır.

Belə lotereyalardan biri Mega Millions-dur: onun cekpotu yüz milyonlarla dollara çatır. Əgər bu sizin marağınızı oyatdısa, o zaman bəlkə də sizə elə indi Mega Millions-u onlayn oynamağa dəyər.

Məsələn, Eurojackpot lotereyasında sizə “cəmi” 1,000,000€ əvəzinə 120,000,000€-dək pul udmaq imkanı verilir. Bu inanılmaz məbləğ çox insanı cəlb edir və bu lotereyaya marağı artırır.

Digər səbəb isə odur ki, cekpotlar lotereyanın marketinqinə kömək edir, çünki illərcə görməyə və eşitməyə adət etdiyimiz adı lotereyalarla müqayisədə böyük məbləğlər təklif etməklə insanlar arasında daha çox söz-söhbət və səs-küy yaratmaq daha asandır.

Sonuncu səbəb isə odur ki, istənilən insan üçün cekpotu qazanacağı təqdirdə bütün xəyallarını gerçəkləşdirə biləcəyi fikri xoşdur. Bu baxımdan, potensial pul uduşları sanki bir maqnit rolunu oynayaraq lotereyaya ən şirin arzularının gerçəkləşdirilməsi yolu kimi baxan oyunçuları cəlb edir.

Lotereya biletlərinin opsiyaları: Cekpot yoxsa Standart oyun

Əgər siz nə vaxtsa cekpot opsiyalı lotereya bileti almısınızsa, çox güman ki, sizin ağlınızdan belə bir fikir keçib ki, görəsən buna görə əlavə pul verməyə deyərdi yoxsa yox? Bu bölmədə biz hər şeyi mümkün qədər sadə dillə izah etməyə çalışacağıq ki, siz özünüz nəticə çıxara biləsiniz.

Birincisi, qeyd etmək lazımdır ki, cekpot opsiyasının əlavə edilməsi adətən lotereya biletinin ümumi qiymətinin təxminən 10-20%-ini təşkil edir. Bu kifayət qədər böyük qiymət artımıdır, xüsusən də siz bir neçə biletlə oynamağı planlaşdırırsınızsa. Məsələn, Powerball biletlərini onlayn aldığınız zaman Cekpotlu və cekpotsuz opsiyaları arasında seçim edərkən bu fərqi görmək asandır.

Lakin udulduqda potensial cekpot məbləği adətən ən böyük lotereya mükafatından 1000% və daha böyük olur. Buna görə də, siz sadəcə olaraq cibinizdən 10% və ya 20% əlavə pul ayıra bilib-bilməyəcəyinizi nəzərə almalısınız.

Cekpot uduşlarının nadir hallarda baş verdiyini nəzərə alaraq uzun müddət heç bir uduşların olmayacağı ehtimalının sizi qane edib-etmədiyi barədə yaxşı-yaxşı düşünməlisinir. Beləliklə, burada sizin qərarınıza təsir edəcək əsas amil adi lotereyada bütün rəqəmləri düzgün təxmin edəcəyiniz halda bunun sizi qane edib-etməyəcəyi olmalıdır.

Powerball-u elə indi oynamağın əsas səbəblərini öyrənmək istəyirsinizsə bizim digər məqaləmizi də oxuya bilərsiniz!

LottoPark app

Lottopark .apk
Google Play
App Store