Barlardan kazinolara, oradan da lotereya veb-saytlarına: Kenonun tarixi və inkişafı

Kenonun tarixi və inkişafı

Keno — bir neçə min il əvvələ – qədim Çinə qədər uzanan dərin və zəngin tarixə malik lotereyadır. İllər ərzində bu oyunun bir çox versiyaları, qaydaları və adaptasiyaları meydana gəlmişdir.

Bu gün biz Kenonun qərb dünyasına necə təsir göstərdiyi barədə və müasir günümüzdə bir çox milli lotereya sxemlərinə, bar və kazinolara daxil edilmiş bu oyunun artan populyarlığının səbəbləri haqqında danışacağıq. Oxuyun və zövq alın!

Kenonun tarixi Qədim Çinə aparır

Kenonun ilk versiyası ən azı 2000 il bundan əvvəl Çin imperatoru tərəfindən yaradılmışdır. Bəzi mənbələrə görə o bunu ordunun saxlanması üçün pul qazanmaq məqsədilə etmişdir. Əslində bu məntiqəuyğundur, çünki hətta o vaxtlarda belə çoxlu sayda əsgəri yedirtmək, geyindirmək və silahlandırmaq böyük xərc tələb edirdi.

Lakin o vaxtkı Keno bizim bu gün tanıdığımız Keno ilə eyni deyildi. Oyunun ilk versiyalarında Çin simvollarından və heroqliflərindən istifadə olunurdu, qalib gəlmək şansı isə indiki versiya ilə müqayisədə xeyli aşağı idi, çünki oyunçudan daha çox simvol və birləşmə təxmin etmək tələb olunurdu.

İllər ötdükcə əsasən Çində və onun ətrafında yaşayan xalqlarda oyunun müxtəlif variantları yaradilmışdır. Beləliklə, bu oyun müasir günümüzə gəlib çıxana kimi uzun vaxt və məsafə qət etməsinə baxmayaraq onun orijinal versiyalarını bugünkü gündə də oynamaq mümkündür. Siz həmçinin Latviya Kenosunu onlayn oynayaraq keçmişlə müasir zamanın qarşılaşmasına şahidlik edə bilərsiniz.

Bəs Keno Qərb dünyasına necə gəlib çıxdı?

Təxmin edilir ki, Qərb dünyasına Kenonu tanıdan Şimali Amerikada məskunlaşmış Çin immiqrantları olub. Əvvəlcə onlar bu oyunu əsasən öz aralarında oynayırdılar, lakin başqa millətlərin nümayəndələri bu oyunu öyrəndikdən sonra o sürətlə yayılmağa başladı və onun qərb sayağı adaptasiyası – bu gün tanıdığımız 80 rəqəmlik versiyası yaradıldı.

Müəyyən müddət ərzində bir çox ölkələrdə bu oyun qanunsuz şəkildə oynanılırdı, çünki kazinolara oyunçulara lotereya sistemlərini təqdim etməyə icazə verilmirdi. Məhz bu səbəbdən də Keno “At yarışı Kenosu” adı altında da tanınır, çünki keçmişdə kazinolar bu yolla bu lotereya sistemini at yarışı kimi qələmə verməyə çalışırdılar.

Zamanla hamımıza tanış olan Keno daha da populyarlaşdı. Nəticədə qanunlar yumşaldıldı və bu oyun bütün Şimali Amerika sakinləri üçün qanuni cəhətdən əlçatan edildi. Onun ikinci populyarlıq dalğası 1990-cı illərin ortalarında Nyu-Yorkda qeydə alınmışdır, üçüncü isə internet daha çox insan üçün əlçatan olduqdan sonra. İndi siz dünyanın her bir yerində oynanılan bu oyunun dadını Çex Kenosunu onlayn oynayaraq

çıxara bilərsiniz.

Kenonun müasir dövrdə yenidən populyarlaşması

Yuxarıda qeyd edildiyi kimi, Keno son zamanlarda yeni çiçəklənmə dövrünü yaşayır: onlayn oynamaq imkanı sayəsində daha da çox oyunçular bu oyunu oynamağa başlamışlar. Beləliklə də, Keno klassik oyundan daha asan, rahat və dünyanın istənilən yerindən oynanıla bilən rəqəmsal bir oyuna çevrilmişdir.

Polyak Kenosunu onlayn oynamaq və bu klassik oyunun müasir versiyasından zövq almaq üçün siz hətta öz smartfonunuzdan belə istifadə edə bilərsiniz. Beləliklə, cəmi bir neçə dəqiqə sərf etməklə siz də heç bir əziyyət çəkmədən bu qədim oyunun iştirakçısına çevrilə bilərsiniz.

LottoPark app

Lottopark .apk
Google Play
App Store