Kenonu məsuliyyətli şəkildə necə oynamaq olar?

Kenonu məsuliyyətli şəkildə necə oynamaq olar

Məsuliyyətlə oynanıldıqda Keno çox maraqlı və həyəcanlı bir oyun ola bilər. Lakin pul ilə əlaqəli istənilən başqa oyunla olduğu kimi, kiçik bir risk var ki, bu qeyri-sağlam bir məşğuliyyətə çevrilə bilər. Baxmayaraq ki, bu heç vaxt Kenonun əsas məqsədi olmayıb, və o digər pul ilə əlaqəli oyunların daşıdığı riskləri daşımır, bu oyunu oynamazdan əvvəl onun bütün aspektlərini nəzərdən keçirmək tövsiyə olunur.

Bu məqalədə biz sizi bəzi tövsiyələr və texnikalarla tanış edəcəyik ki, siz heç vaxt büdcənizdən artıq pul xərcləməyəsiniz və düşünmədən uduşlar dalınca qaçmayasınız. Bu yolla siz həm oyundan zövq ala biləcəksiniz, həm də iqtisadi vəziyyətinizə zərər dəyməyəcək. Fərq etmir, siz təcrübəli Keno oyunçususunuz, yoxsa oynamağa yeni başlamısınız, biz sizə bu məqaləni tam oxumağı tövsiyə edirik. Oxuyun və zövq alın!

Kenonun bir şans oyunu olduğunu anlamalısınız

Yunan Kenosunu onlayn oynamaq, və ya Latış Kenosunu onlayn oynamaq barədə düşunməzdən əvvəl Kenonun mahiyyətcə bir şans oyunu olduğunu başa düşməlisiniz. Bu o deməkdir ki, siz hər dəfə oynayanda qalib gələcəyinizi gözləməməlisiniz, buna görə də özünüz üçün bir sıra əsas qaydalar müəyyən etməlisiniz.

Dünyanın müxtəlif yerlərində bir çox insan tərəfindən uğurla tətbiq edilən ən vacib qaydalardan biri odur ki, bir neçə dəfə dalbadal uduzduqda, ‘heç olmasa uduzulan məbləği geri qaytarmaq’ məqsədilə uduş dalınca qaçmaq olmaz. Nə şans, nə rəqəmlər, nə də ki statistika belə işləmir.

İkinci qayda isə odur ki, oynadığınız zaman yalnız itirməyə hazır olduğunuz məbləğlərlə oynayın. Elə bu iki qaydaya riayət etsəniz, sizin oyununuz xeyli dərəcədə yaxşılaşacaq və sizə stress keçirmədən və növbəti həftənin hesablarını necə ödəyəcəyiniz barədə narahat olmadan Kenodan zövq almağa imkan verəcək.

Büdcə ayırın və onu aşmayın

Kenonu məsuliyyətli şəkildə oynamağın ən yaxşı yollarından biri – büdcə ayırmaqdır. Söhbət təbii ki aylıq və ya həftəlik büdcədən getmir, söhbət birgünlük oyun üçün nəzərdə tutulmuş məbləğdən gedir. Poker və digər kazino oyunlarında buna adətən bank və ya balans deyilir. Bu oynamaq istədiyiniz ümumi məbləğdir.

Gəlin kiçik bir nümunə göstərək. Məsələn, sizin bir gün oynamağa 50€ pulunuz varsa, siz bu 50€-nun hamısını bir tiraj üçün çoxlu biletlər alıb birdən xərcləyə bilərsiniz. Şans var ki, siz böyük bir uduş əldə edib elə bir cəhddən sonra oyunu tərk edə biləcəksiniz. Amma eyni zamanda siz bütün pullarınızı uduza da bilərsiniz.

Əgər siz Kenonu əyləncə məqsədilə oynayırsınızsa, o zaman 50€-nu 5€-luq 10 hissəyə bölə bilərsiniz. Bu yolla siz 10 tirajda iştirak edə biləcəksiniz. Üçüncü tirajda qalib gələcəyiniz halda sizin ilkin balansınızdan hələ 35€ qalacaq, hansıları ki siz oynamağa davam etmək üçün istifadə edib yeni uduşlar əldə edə bilərsiniz.

Bu yolla oyunu qazancla bitirmək ehtimalı daha yüksəkdir, çünki sizin əvvəlcədən təyin edilmiş büdcəniz və ya balansınız var, hansına ki siz diqqətlə riayət edirsiniz. Polyak Kenosunu onlayn oynadıqda, eləcə də istənilən başqa milli lotereyada iştirak etdikdə bu metod çox gözəl işləyir.

Gözləntilərinizi idarə edin və qarşınıza realistik hədəflər qoyun

Siyahımızdakı sonuncu tövsiyə – reallıqla əlaqəni itirməməkdir. Düzdür, sizin bir oturumda ən böyük mükafatı bir neçə dəfə udmaq şansınız var, lakin əmsallara baxsaq sizin orta nəticə əldə etmək ehtimalınız daha yüksəkdir: bir az udacaqsınız, bir az da uduzacaqsınız.

Bu faktı qəbul etsəniz, misal üçün, Çex Kenosunu onlayn oynadığınız zaman ən böyük mükafatı qazandıqda oyunu dayandırmağın məqsədəuyğun olub-olmadığını daha yaxşı biləcəksiniz, bir neçə dəfə dalbadal uduzduqda isə buna psixoloji cəhətdən daha hazırlıqlı olacaqsınız.

Bu məqaləni bəyəndinizsə, Nə üçün bu qədər çoxlu lotereya cekpotları mövcuddur başlıqlı məqaləmizi də oxuya bilərsiniz!

LottoPark app

Lottopark .apk
Google Play
App Store